Bu xidmət mərkəzlərində 5 gün iş olmayacaq –Bayramla əlaqədar

Bu xidmət mərkəzlərində 5 gün iş olmayacaq –Bayramla əlaqədar 

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq.

Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Bildirilib ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzi vasitəsilə əldə edə bilərlər. (Report)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi