Canavarlar yenə də sürüyə hücum etdi

Canavarlar yenə də sürüyə hücum etdi 

Yevlax rayonunun Ərəbbəsrə kəndi növbəti dəfə yırtıcıların hücumuna məruz alıb.

Son günlər rayonun Ərəbbəsrə kəndi ərazidə dolaşan canavarların hədəfinə çevrilib. Ən son bu gün günorta saatlarında Sahib Məmmədovun həyətinə soxulan 3 yırtıcı onun 3 baş xırdabuynuzlu heyvanını parçalayıb, ikisini isə yaralayıb. Ailənin azyaşlı övladı Bəhram Məmmədov həmkəndlilərinin köməyi ilə canavarları qova bilib.

Parçalanmış qoyunlar heyvan sahibləri tərəfindən basdırılıb, yaralı iki heyvana isə rayonun baytar mütəxəssisləri tərəfindən quduzluq əleyhinə vaksinlər vurulub.

Hadisədən bir gün öncə isə yırtıcılar kənd sakini Hicran Kərimovanın bir baş iribuynuzlu malını yaralayıb.

Qeyd edək ki, son günlər ərzində kənd ərazisində yırtıcı hücumları davamlı xarakter alıb. Nəticədə canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıb, biri iribuynuzlu olmaqla, 7 baş heyvanı isə yaralayıb. Ən çox zərər çəkən sakinlərdən biri də Qoca Abbasovdur. Onun 4 baş xırdabuynuzlu heyvanından ikisi canavar tərəfindən öldürülüb.

Yerli sakinlər yırtıcıların davamlı xarakter daşıyan hücumlarından ciddi narahatçılıq keçirir. Onlar gecə deyil, günorta saatlarına təsadüf edən hücumların heyvanlarla yanaşı əhaliyə də ciddi təhlükə yaratdığını bildirir.

ONA

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi