Cenevrə danışıqlarının 7-ci mərhələsi 10 iyulda baş tutacaq

Cenevrə danışıqlarının 7-ci mərhələsi 10 iyulda baş tutacaq 

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsveçrənin Cenevrə şəhərində reallaşacaq Suriya haqqında danışıqların 7-ci mərhələsinin 10 İyulda başlayacağını açıqlayıb.

Faktinfo.az xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəliyindən verilən məlumata görə əvvəlki turlarda olduğu kimi danışıqların bu mərhələsinə də BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı ilə təyin olunan heyətin dəvət ediləcəyi ifadə edilib. Dəvət edilən müxalifət və rejim qüvvələri 9 iyulda Cenevrəyə gələcək, lakin danışıqlar 10 iyulda başlayacaq.

Qeyd edək ki müzakirələrin nə qədər davam edəcəyi haqda heç bir məlumat verilməyib. Növbəti danışıqların isə avqust və sentyabr aylarında keçiriləcəyi bildirilir.

Xatırladaq ki, Suriya danışıqları keçid rəhbərliyi, konstitusiya, seçkilər və terrorizmlə mübarizə adlı 4əsas başlıqdan ibarətdir.

Şirvan Balabəyli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi