
Çin İsraildən tələb etdi: Qəzzada əməliyyatı dayandır!
Çin hakimiyyəti onsuz da ciddi olan humanitar böhranın kəskinləşməsinin qarşısını almaq üçün İsraildən Qəzza zolağında hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir.
Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
“Biz israr edirik ki, İsrail beynəlxalq ictimaiyyətin sərt çağırışlarına qulaq assın. Qəzzada hərbi əməliyyatını dərhal dayandırsın və daha da ciddi humanitar böhranın qarşısını almaq üçün mümkün qədər tez hərtərəfli və davamlı atəşkəsə nail olsun”, - o vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın