Çində benzin və dizel ucuzlaşdı

Çində benzin və dizel ucuzlaşdı 

Buna səbəb dünya bazarında xam neftin qiymətinin enməsidir.

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 370 yuan (53,9 ABŞ dolları) və 355 yuan (51,7 dollar) aşağı alınıb. Bu, beşinci qiymət enməsidir.

Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxıb-enərsə və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada dəyişir.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi