Deputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdü

Deputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdü - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların çatdırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Könül Nurullayeva, həmçinin Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında binaların cari təmir məsələləri, binalara fasilələrlə suyun verilməsi nəticəsində yaranan çətinliklər, kanalizasiya sisteminin təmir olunması, qazilərimizi narahat edən bəzi məsələlər, məşğulluq problemi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından Faktinfo.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Faktinfo.az

Deputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdüDeputat bu dəfə Yavər Səfərov küçəsi 17,19, 21, və 23 ünvanlarında yaşayan seçiciləri ilə görüşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi