DEPUTAT FAZİL MUSTAFAYA SİLAHLI HÜCUM OLUB - İki güllə yarası alıb

DEPUTAT FAZİL MUSTAFAYA SİLAHLI HÜCUM OLUB - İki güllə yarası alıb (YENİLƏNİB)

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

Faktinfo.az xəbər verir ki, Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.Bu barədə məlumatı Report.az yayıb.Saytın yaydığı məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. 

Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. 

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib. 

Faktinfo.az bildirir ki,DİN Mətbuat Xidmətindən Report.az-a  bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi