Deputat ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına etiraz etdi

Deputat ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına etiraz etdi 

Bunu deputat Vüqar Bayramov deyib. İqtisadçı Ramazan bayramı ilə əlaqədar nəqliyyatın fəaliyyətinin dayandırılmasından söz açıb:

“Bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.

Düşünürəm ki, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olar. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.  Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olar. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi