Deputat qohumundan Cavid Qurbanovla bağlı açıqlama: “Bəlkə, indi saqqal saxlamağı xoşlayır?”

Deputat qohumundan Cavid Qurbanovla bağlı açıqlama: “Bəlkə, indi saqqal saxlamağı xoşlayır?” - FOTO

Xəbər verdiyimiz kimi, rəqəmsal və inkişaf nazirinin müavini Cavid Qurbanov Atletika Federasiyasının prezidenti seçilib.

C.Qurbanovun Federasiyaya təyinatı müzakirəyə səbəb olub. Bildirilib ki, Qurbanovun idmandan anlayışı yoxdur. Bundan başqa, onun xarici görünüşünə dəyişiklik etməsi, saqqal saxlaması da maraqla qarşılanıb.

 Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən C.Qurbanovun qohumu, Milli Məclisin deputatı Aqil Məmmədov deyib ki, C.Qurbanovun idmandan anlayışı var.

 

"Bilirsiniz ki, Cavid müəllim uzun illər Voleybol Federasiyasının prezidenti olub. Hazırda da, səhv etmirəmsə, həmin Federasiyanın prezidentidir. Cavid Qurbanov xeyli vaxtdır, bu sahədədir. Daim  idmanla bağlı adam olub. Bu sahədən anlayışı var ki etimad göstəriblər də. Anlayışı olmasa etimad göstərərdilər?", - deputat bildirib.

 

A.Məmmədov Cavid Qurbanovun xarici görünüşünə dəyişiklik etməsinə isə belə cavab verib: "Hamıya maraqlıdır. Ola bilər, indi belə istəyib. Bu, insanların şəxsi istəyi ilə əlaqədar bir məsələdir. Göstərişlə olmur ki. İmicdə dəyişiklik etmək də yaxşıdır. Buna niyə başqa məna yükləyirlər. İnsandır. Əvvəl saqqalsız idi, bəlkə, indi saqqal saxlamağı xoşlayır?".

 

Deputat qohumundan Cavid Qurbanovla bağlı açıqlama: “Bəlkə, indi saqqal saxlamağı xoşlayır?”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər