DEPUTAT RUSİYAYA SEL KİMİ PUL AXIDIR

DEPUTAT RUSİYAYA SEL KİMİ PUL AXIDIR – Daha bir sanatoriya alıb (Fotolar)

Milli Məclisin oliqarx deputatlarından biri, “Karat Holdinq”in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb.

Azpolitika.info-nun məlumatına görə,bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda bildirilir ki, deputat bu sanatoriya üçün 6,5 milyon dollar ödəyib: “Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı “İstoçnik” sanatoriyalarının ardınca Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.

70498430_137010354224359_2744442453846130688_n

Müştəri qismində Əsabil Qasımovun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Təsisçiləri Əsabil Qasımovun “Karmen” MMC-si (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti “Aqros” MMC-dir (ООО “АГРОС”, 2 000 rubl və ya 20%)”.

Jurnalist yazır ki, “Voronej” sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb. “100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq.Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər”, – deyə jurnalist qeyd edib.

CavanÅır HÉsÉnli adlı ÅÉxsin ÅÉkli.

 

69928550_137010427557685_5920958085093916672_n

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər