Deputat Zahid Orucdan sensasion təklif:“ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur"

Deputat Zahid Orucdan sensasion təklif:“ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur" 

“ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir: “Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk qrupuna”.

Report

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi