Deputatın həbs olunan oğlu ilə bağlı İLGİNC FAKT: "Yeraz Əhməd"...

Deputatın həbs olunan oğlu ilə bağlı İLGİNC FAKT: "Yeraz Əhməd"... - VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.


Oxu.az xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.


A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.


Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪