
"Deyirdilər ki,Yaşar Firəngizlə oynadı,onu qucaqladı,qısqanmırdım..."
"Yaşarı oynadığı əsərlərdəki qadınların heç birinə qısqanmamışam. Mən onlara əsər kimi baxıb qiymətləndirmişəm.
Mənə keyfiyyət maraqlı idi. Düşünürdüm ki, yaxşı çıxsın, əsər bəyənilsin. Mən durub qısqansaydım heç onunla bir gün də yaşaya bilməzdim. “Səni axtarıram” televiziya tamaşası axşam efirə getdi, səhər o qədər insan mənə yazdı ki.. Deyirdilər ki, Firəngizlə oynadı, onu qucaqladı və s. Bir qram belə qısqanclığım olmadı. Əsl sənətkarın qadını məncə belə olmalıdır”
Bunu Moderator.az-a açıqlamasında mərhum aktyor Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə Nuriyeva deyib.O daha sonra əlavə edib:
"Bəlkə də Yaşarın sənətdən kənar həyatında qısqanclığım olub, amma sənətdə olmayıb. Bunları da heç qısqanclığa yönəltmirəm. Ailəmdə də, ata-anamda da belə görmüşdüm ki, qadının qadın yeri var, kişinin kişi yeri. Qısqanclıqdan irəli gələrək Yaşarın şəxsiyyətini qorumağı çalışırdım.. Sevmirdim ki, ailə mətbəximi kimsə üzə çıxarsın. Mənim daxilimdə o qədər hisslər var ki, bunları nə anam, nə qızlarım, nə də qaynanam bilməyib. Mən ölənə qədər bunları saxlayacam. Elə şeylər var ki, onu üzə çıxarmaq olmur. Amma indikilər hər şeyi üzə çıxarıb, ailənin işini televiziyada həll edirlər. Sadəcə olaraq ayıbdır! Bunların sayı 3-5 nəfər olsaydı adam çıxıb nəsə deyərdi. Amma burada söhbət əksər insanlardan gedir” deyə sənətkarın xanımı bildirib.
Rəhimə Nuriyeva bildirib ki, indi əksər insanlar xəyanət üstündə ailəni dağıdırlar:
“Xəyanət mövzusu hər ölkədə, hər yerdə var. Bizim mental dəyərlərimiz var. Xəyanəti şişirtmək olmaz. Kişidir də. Edib edib də. Ailəsinə baxır, uşaqlarına baxır, hər şeyi yerli-yerindədir, gedib kənarda nə iş görürsə evinə qayıdır da. O dövrün münasibətləri tamam başqa idi. Mən özüm də “Sovetski”-də böyümüşəm. İndiki gənclər tamam başqa cür ailə həyatı qururlar. Əksəriyyəti də xəyanət qəbul etmir. Kişi-qadın münasibəti indi çox mürəkkəbdir. Ailələrdən çox şey asılıdır. İndiki dövrdə ailəni parçalamaq olmaz. Çalışmaq lazımdır ki, ailəni qoruyasan” deyə Rəhimə Nuriyeva bildirib.
Bu xəbər üçün şərh yazın