DİN Bakıda əməliyyat keçirdi - “Lotu Quli”nin yaxın silahdaşı ÖLDÜRÜLDÜ

DİN Bakıda əməliyyat keçirdi - “Lotu Quli”nin yaxın silahdaşı ÖLDÜRÜLDÜ 

Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Faktinfo.az ONA-ya istinadən xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin “təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.

Cüdo üzrə Azərbaycan çempionu olan M.Cəfərov “Lotu Quli” ləqəbli ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.

DİN-in mətbuat xidmətindən müxtəlif cinayətlərdə adı keçən M.Cəfərovun xüsusi əməliyyat zamanı məhv edildiyini təsdiqləyiblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi