“Diqlas”da malı yanan sahibkarlara təzminat veriləcək

“Diqlas”da malı yanan sahibkarlara təzminat veriləcək - PREZİDENTDƏN TAPŞIRIQ

"Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlara dövlət tərəfindən kompensasiya veriləcək.

Bunu bu gün Nizami  rayon İcra Hakimiyyətinin qarşısında sahibkarlarla görüşən PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib. H. Mövsümovın açıqlamasına görə, prezident bu barədə tapşırıq verib: "Hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək. Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq". 

H.Mövsümov onu da bildirib ki, hadisə ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır: "Komissiya yaradılacaq. Sahibkarlara dəyən ziyan ödəniləcək. İkinci addım isə həmin obyektin sahiblərinin dövlət qarşısında cavab verməsi olacaq".//Bakupost.az

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi