Dollar kreditləri ilə bağlı məhkəmə işlərinə yenidən baxılacaq –AÇIQLAMA

Dollar kreditləri ilə bağlı məhkəmə işlərinə yenidən baxılacaq –AÇIQLAMA 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanda məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alır.

Belə ki, sənəddə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

Bu barədə məsələni Modern.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Fərmanla eyni zamanda, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılacaq: “Bildiyiniz kimi, məhkəmələrdə problemli kreditlərlə bağlı yüzminlərlə işlərə baxılırdı, çox sayda insan hətta həbs cəzası almışdı. Bugünkü Fərmala o işlərin hamısı geri çağırılacaq”.

Parlamentari Prezident İlham Əliyev tərəfindən sadə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlmiş bu Fərmanı yüksək qiymətləndirdiyini vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi