Dollar lirə qarşısında ucuzlaşdı-

Dollar lirə qarşısında ucuzlaşdı- Hökumət təxirəsalınmaz tədbirləri davam etdirir

Türkiyə hökumətinin gördüyü cavab tədbirləri nəticəsində dollar bu gün ucuzlaşıb.

Faktinfo.az xəbər verir ki, ABŞ valyutası 5.65 faiz dəyər itirərək, 5.98 türk lirəsinə dəyişdirilib.

Ucuzlaşma avroda da qeydə alınıb. Belə ki, birjalarda bir avro 6.8 türk lirəsinə bərabər olub.Ötən gün isə dolların dəyəri 6.43 türk lirəsi səviyyəsində idi.

Qeyd edək ki, Türkiyə ABŞ sanksiyalarına cavab olaraq bu ölkənin istehsal etdiyi bir sıra məhsulların gömrük rüsumlarını artırıb.

Belə ki, Türkiyənin rəsmi qəzetində ölkə başçısının müvafiq sərəncamı dərc olunub.

Sənədə əsasən ABŞ-dan istehsal olunan tütün məhsullarına qoyulan idxal rüsumu 60 faiz, spirt məhsulları 140 faiz, avtomobillər 120 faiz, kosmetika məhsulları 60 faiz, düyü 50 faiz, meyvələr 20 faiz artırılıb.

Rüsum artımı həmçinin digər ABŞ istehsalı olan məhsullara qarşı da tətbiq edilib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi