Dollar Türkiyədə bahalaşdı

Dollar Türkiyədə bahalaşdı 

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlaması bəzi ölkələrin pul vahidlərinə təzyiqi artırıb.

Faktinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Türkiyə lirəsi (TL) dollar qarşısında biraz da ucuzlaşıb.

 Dekabrın 14-də səhər saatlarında  birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib və 29,05 səviyyəsinə qədər yüksəlib.Bir  sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb.

 Beləliklə,Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.00 TL, satış üzrə 29.05 TL müəyyən edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi