DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR - Dünya iqtisadi krizisə girə bilər

DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR - Dünya iqtisadi krizisə girə bilər 

ABŞ-ın Goldman Sachs bankı dolların taleyi ilə bağlı xeyli bədbindir. Bunun əsas səbəbi COVID-19-a qarşı effektiv vaksinin tapılmaması və ABŞ-da gözlənilən prezident seçkiləridir.

Bank analitikləri hesab edirlər ki, yaxınmüddətli dövrdə dolların əsas valyutalara qarşı məzənnəsində azalma baş verəcək. Buna görə də onlar investorları valyuta bazarında qısamüddətli pozisiyalar üzrə fəaliyyət göstərməyə çağırıblar. Bu siyasət valyutanı sonradan daha ucuz məzənnə ilə almaq üçün satmağı nəzərdə tutur.


Goldman Sachs ekspertləri bildiriblər ki, effektiv vaksinin əldə olunması prosesi yubandığına görə dolların möhkəmlənməsi ehtimalı aşağıdır. AG Bisset şirkətinin baş investisiya direktorun Ulf Lindalın fikrincə, gələn il ərzində dollar avroya münasibətdə 36 faiz dəyərsizləşəcək ki, bu da son on ildə ən aşağı həddir. Qeyd edək ki, dolların digər əsas valyutalar səbətinə qarşı məzənnəsi cari il ərzində maksimuma çatandan sonra 11 faiz azalıb. Əksər ekspertlər bu azalmanın 30 faizə çatacağını proqnozlaşdırırlar. Bu isə bütün dünyada ciddi iqtisadi böhrana səbəb ola bilər. Belə ki, əksər ölkələr öz valyuta ehtiyatlarının böyük hissəsini məhz dollarda saxlayırlar.


Qeyd edək ki, dolların son 3 həftə ərzində ucuzlaşma trendi göstərməsinin əsas səbəbi olaraq ABŞ-da pandemiyadan zərərçəkən biznesə dəstək tədbirlərinin növbəti mərhələsi üzrə Konqresdə razılaşmanın əldə olunmamasıdır. Böyük yardım paketi üzrə danışıqlarda çətinliklərin yaranmasından sonra ötən bazar günü prezident Donald Tramp Konqresi kiçik biznesin kreditləşməsi üçün ayrılan vəsaitdən qalan məbləği əhatə edən ixtisar olunmuş qanun layihəsini qəbul etməyə çağırıb.


Konqresdə iqtisadiyyatı stimullaşdırıcı layihənin razılaşdırılması yubandıqca ABŞ iqtisadiyyatının zərəri də artır. Bəzi ekspertlərin hesablamalarına görə, seçkilərə qədər layihə qəbul olunmasa, ölkə iqtisadiyyatı 1,8-2 trilyon dollar zərər çəkəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər