Donald Tramp və Kim Çen In razılığa gəlmədilər

Donald Tramp və Kim Çen In razılığa gəlmədilər 

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammit məkanını – Hanoyun ən qədim “Sofitel Legend Metropole” hotelini planlaşdırılan vaxtdan daha əvvəl tərk ediblər.

Bu barədə Report.az  Rusiya KİV-inə istinadən xəbər verir.

Ölkə liderlərinin erkən ayrılmasının səbəbləri barədə hələlik heç bir informasiya verilmir.

Öz növbəsində, Ağ evin sözçüsü Sara Sanders sammitdə danışıqların daha erkən bitəcəyini və bununla əlaqədar ABŞ Prezidenti Donald Trampın mətbuat konfransının vaxtının dəyişdiyini təsdiqləyib.

Onun sözlərinə görə, daha əvvəldən yerli vaxtla saat 16:00-ya (Bakı vaxtı ilə saat 13:00) təyin olunan D.Trampın mətbuat konfransı saat 14:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.

Həmçinin qeyd olunub ki, ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi