Dövlət Baxçalıdan kritik çağırış-

Dövlət Baxçalıdan kritik çağırış- Ayrıla bilməzsən,yalnız buraxa bilməzsən!

Milliyətçi Hərəkat Partiyasının sədri, Türkiyə "dərin dövlətinin" görünən siması hesab olunan Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kritik çağırış edib.

AzPolitika.info xəbər verir ki, MHP-nin 14-cü qurultayında çıxış edən Dövlət Baxçalı Rəcəb Tayyib Ərdoğanı 2028-ci ildən sonra da siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

“Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır.Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!" -deyə, Dövlət Baxçalı çağırış edib.

Xatırladaq  ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin siyasi lider kimi iştirak edəcəyi son seçkilər olduğunu bildirmişdi.Bu da həm Türkiyə daxilində,həm də ölkənin sərhədlərindən kənarda ciddi rezonans doğurub,geniş müzakirə mövzusuna çevrilib. 

Qərbdəki məlum dairələr, onların ölkə işindəki maşaları Ərdoğanın bu açıqlamasını böyük sevinclə qarşılayıblar.Hətta uzun illərdir gerçəkləşdirə bilmədikləri xain planlarını yenidən dövriyyəyə soxmağa imkan verəcəyini açıq şəkildə dilə gətirməyə başlayıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi