DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR... - “Meyvəli” terminalının rəisi və daha 3 nəfərin saxlanıldığı bildirilir

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR... - “Meyvəli” terminalının rəisi və daha 3 nəfərin saxlanıldığı bildirilir 

Bir müddət əvvəl “Meyvəli” gömrük postuna rəisi təyin olunan gömrük polkovnik-leytenantı Cəfərov Davud Cabbar oğlu və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən rüşvət alarkən tutulub.

Faktinfo.az xəbər verir ki,bununla bağlı məlumatı AzPolitika.info yayıb.Məlumatda deyilir ki, Davud Cəfərovun DGK sədri Səfər Mehdiyevin yaxın qohumları ilə şərikli biznesi də var.

Sayta məlumat verən mənbə bildirib ki, əməliyyat fevralın 9-da keçirilib: “Səfər Mehdiyevin bacısı yoldaşının qoumu, bir müddət əvvəl “Meyvəli” gömrük postuna rəis təyin olunan gömrük polkovnik-leytenantı Cəfərov Davud Cabbar oğlu və daha 3 nəfər DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Fevral ayının 9-da idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində “Meyvəli” gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürülüb. Qadın ilkin dindirmə zamanı bundan əvvəl də rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirib”.

Məlumatda deyilir ki, hal-hazırda tutulan şəxslər sərəncama alınıb. Digər şəxslərin adları hələlik məlum olmasa da, onların birbaşa post rəisinin tapşırığı ilə hərəkət etdiyi bildirilir.

Məlumata görə, Davud Cəfərov S.Mehdiyevin bacısı oğlu, Gömrük Komitəsində Audit Baş idarəsinin rəis müavini işləyən Asiman Cəfərovla biznes şərikidir.

Hətta bildirilir ki, bu hadisə səbəbindən S.Mehdiyevin bacısının yoldaşı Cəlil Cəfərovla gömrük rəisi arasında münasibətlər pisləşib. Hələ ki, işin prokurorluq orqanlarına verilmədiyi bildirilir və daxildə təhqiqat aparıldığı qeyd olunur.

Qeyd olunanlarla bağlı Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsək də, zənglərimizə cavab verən olmadı. Ancaq onların da mövqeyini işıqlandırmağa hazırıq./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi