Dövlətov maşınla adam öldürdü

Dövlətov maşınla adam öldürdü 

Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin rəsmi saytı  xəbər verir ki, gecə saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Toqquşma nəticəsində ağır yaralanan V.Abdullayev orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi