Dr. Şəmsəddin Küzəçinin "Kərkükdə Türk soyqırımları" adlı kitabı Azərbaycan Türkcəsinə uyğunlaşdırılıb

Dr. Şəmsəddin Küzəçinin "Kərkükdə Türk soyqırımları" adlı kitabı Azərbaycan Türkcəsinə uyğunlaşdırılıb 

Kərküklü jurnalist, şair və yazar Dr. Şəmsəddin Küzəçinin "Kərkükdə Türk soyqırımları" adlı kitabı Azərbaycan Türkcəsinə uyğunlaşdırılmışdır.

Küzəçi bu kitabda İraq Türkmənlərinin son yüz ildə məruz qaldığı soyqırım, qətliam, susdurma siyasətini əks etdirmişdir.

1918-ci ildə Osmanlı İraqdan çəkildikdən sonra İngilislərin etdiyi hiyləgərliklərə də yer verən Küzəçi, kitabda sənədlər və şəkillərlə birlikdə İraqda yaşamaq uğrunda mübarizə aparan İraq azərbaycanlılarının faciəsini bütün dünyaya hayqıraraq göstərir.


Faktinfo.az BAO-nun İnformasiya Xidmətinə istinadən bildirir ki,kitabı Azərbaycan Türkcəsinə uyğunlaşdıran Amaliya Ömər, redaktorları Şəhla Aslan və Aqil Camaldır.

Kitab yaxın vaxtda Bakıda çap olunacaq.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi