DTX separatçı Fəxrəddin Abbasovla bağlı məlumat yaydı

DTX separatçı Fəxrəddin Abbasovla bağlı məlumat yaydı –Bakı Beynəlxalq Hava Limanında saxlanılıb...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşı Fəxrəddin Abbasov barədə məlumat yayıb. Onun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə şübhəli bilindiyi, təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə qərar çıxarıldığı bildirilir.

DTX qeyd edir ki, F.Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddəti bitdiyindən Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunub və o, 28 fevral 2019-cu ildə Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.

«Hazırda F.Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir», – məlumatda vurğulanır. (azadliq.org)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi