Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır

Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır 

Dünya Səhiyyə Təşkilatını Somali üzrə Direktoru Laurent Bukera, Somalidə milyonlarla insanın qıtlığın astanasında olduğunu söyləyib.

Faktinfo.az xəbər verir ki, Bukera Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransı zamanı ölkədəki qıtlığın son aylarda edilən yardımlar əsasında qarşısının alındığına diqqət çəkərək, lazımlı yardımlar çatmazsa Somalidə qıtlığın yaxın zamanda başlayacağı haqda xəbərdarlıq edib. O,Somalidə 3 milyon 200 min nəfərin qıtlıq astanasında, 70 min uşağın qeyri-kafi qidalanma probleminin olduğunu, 320 min uşağın hal-hazırda pis bəslənmiş vəziyyətdə olduğunu qeyd edib. Bukera, 2017-ci ildə Somali üçün 500 milyon dollarlıq maliyyə çağırışı etdiklərini xatırladaraq, indiyə qədər bu məbləğin ancaq 40/100-nın qarşılandığını qeyd edib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə təşkil edilən "Ümidi Ol Kampaniyası" çərçivəsində 4 İyun tarixində Mersin Taşucu Limanından yola çıxan və əvvəlki gün Somalinin paytaxtı Mogadişuya çatan yardın gəmisindəki 13 tonluq humanitar yardım vəsaiti Somali səlahiyyətlilərə təslim edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi