Ədliyyə general-mayoru təqaüdə göndəriləcək

Ədliyyə general-mayoru təqaüdə göndəriləcək 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov təqaüdə göndəriləcək.

Faktinfo.az xəbər verir ki,bu barədə Qaynarinfo.az etibarlı mənbədən  məlumat əldə edib.Xəbərə görə, ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Məhərrəm Qafarov yaxın vaxtlarda vəzifəsindən azad olunacaq. 

 

Qeyd edək ki, Qafarov Məhərrəm Allahverdi oğlu 19.09.1959-cu il tarixdə Gədəbəy rayonunda anadan olub. 1985-2016 illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 11.10.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib. 

 

Xatırladaq ki, 10.07.2023-cü il tarixində Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Onun yeruinə 47 yaşlı ədliyyə polkovniki Mirsaleh Seyidov təyin olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi