Əhəd Abıyev ehyam vurdu:"Eşitmişəm, amma istərdim zavoda Rasim Məmmədov rəhbərlik etsin"

Əhəd Abıyev ehyam vurdu:"Eşitmişəm, amma istərdim zavoda Rasim Məmmədov rəhbərlik etsin" 

Dünən saytımızda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.

Faktinfo.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a danışan Daşkəsən rayon  İcra Hakimiyyətinin  başçısı Əhəd Abıyev təsdiqləyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib:” Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi