Eldar Əzizov hərəkətə keçdi –Bakıda qeyri-qanuni obyektlər sökülür

Eldar Əzizov hərəkətə keçdi –Bakıda qeyri-qanuni obyektlər sökülür 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.

Eldar Əzizov hərəkətə keçdi –Bakıda qeyri-qanuni obyektlər sökülür
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi