"Eldar Əzizovun peşəkar idarəetmə bacarığını qeyd etmək lazımdır"

"Eldar Əzizovun peşəkar idarəetmə bacarığını qeyd etmək lazımdır" — Deputat koronovirusla mübarizədən DANIŞDI

"Koronovirusla mübarizə dövründə Operativ Qərargaha daxil olan bütün qurumlar kimi, Bakı şəhər İcra Hakimiyyəti də öz işini yüksək səviyyədə qura bilib. Nəzərə alsaq ki, Bakı virusun yoluxma potensialına görə ən riskli şərəhərlərimizdən biridir. Statistikaya nəzər salsaq, görmək və təsdiq etmək olar ki, digər paytaxtlarla müqayisədə Bakı koronovirusla mübarizədən üzüağ çıxan dünyanın nadir şəhərlərindən biridir".

Faktinfo.az xəbər verir ki,bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. 


Daha sonra deputat deyib: "Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla fəaliyyətini yüksək səviyyədə koordinasiya edən, istər paytaxt ərazisində nəqliyyatın tənzimlənməsində, istərsə də şəhərin ərzaqla təmin olunmasında hər hansı gərginliyin yaşanmadığını nəzərə alsaq, demək olar ki, Bakı şəhər İcra Hakimiyyəti bütün işlərini zamanın tələbləri səviyyəsində təşkil etdi. 


Şübhəsiz ki, burada Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun peşəkar idarəetmə bacarığını qeyd etmək lazımdır. Çünki Eldar Əzizov uzun illərdən bəri topladığı təcrübəsini və biliyini yaşanan bu çətin dövrdə çox uğurla reallaşdırdı".

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi