Eldar Sabiroğlunun həbsdə olan oğlu aclıq aksiyasına başlayıb –AÇIQLAMA

Eldar Sabiroğlunun həbsdə olan oğlu aclıq aksiyasına başlayıb –AÇIQLAMA 

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıb.

Bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova “Amerikanın Səsi”nə bildirib.

“9 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən "kars"lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə,cəzaçəkmə müəssisəsinin korrupsiyalaşmış qapalı tipli səhmdar cəmiyyətinə çevrilməsinə, ümumiyyətlə, hazırki ədliyyə sisteminin ötən əsrin " QULaq"ının təkrarlanmasına etiraz rəmzi olaraq siyasi dustaqlar- jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov qeyri-müəyyən müddətə aclığa başlayıblar”, – Tahirə Səfərova Rüfət Səfərovun facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri Rüfət Səfərov və Cavid Şirəliyevə baş çəkib.

Penitensiar Xidmət aclıq aksiyasına və Tahirə Səfərovanın yazdıqlarına hələ münsaibət bildirməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər