Eldar Sabiroğlunun səhhəti pisləşdi, Türkiyəyə aparıldı

Eldar Sabiroğlunun səhhəti pisləşdi, Türkiyəyə aparıldı 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o təcili Türkiyəyə aparılıb.

Bu haqda oğlu Rüfət Səfərov məlumat yayıb. 

O, bildirib ki, atasının səhhəti qəfildən pisləşib: “Həbsdə məruz qaldığım heyvani münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi... Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm... Zatən əlimizdən başqa heç nə gəlmir”.//Yeni Sabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi