Əli Həsənovun nəvəsi ilə yarışan “Mazda” sahibi nazirin qardaşı çıxdı

Əli Həsənovun nəvəsi ilə yarışan “Mazda” sahibi nazirin qardaşı çıxdı 

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı xəbər vermişdik. Qəzadakı 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu iddia edilirdi.

Faktinfo.az  xəbər verir ki, bir az əvvəl mətbuatda qəza törədən “Gelandewagen” 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışdığı qeyd olunurdu.

unikal.org“Mazda” markalı avtomobilin kimə məxsus olmasını araşdırıb.

Əldə ediyimiz məlumata görə, 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” Heydərov Səməd Fəttah oğluna məxsusdur.

Qeyd edək ki, Səməd Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşıdır.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər