Əli Vəliyev 11 binanın sakinləri Lift-Təmir İstehsalat Birliyindən şikayətçidir

Əli Vəliyev 11 binanın sakinləri Lift-Təmir İstehsalat Birliyindən şikayətçidir 

Bakı şəhəri Nizami rayonu Əli Vəliyev 11 binanın sakinləri Lift-Təmir İstehsalat Birliyinin fəaliyyətindən şikayətçidirlər.

Bu barədə Faktinfo.az saytına verilən məlumatda bildirilir:

"Əli Vəliyev 11 ünvanında üç 10 mərtəbəli bina yerləşir.Hər üç binanın liftləri vaxtaşırı xarab olur.Bu barədə Nizami rayon İcra Hakimiyyətinə məlumat vermişik.Bir müddət əvvəl RİH başçısı yaşadığımız əraziyə gəldi,söhbət əsnasında binalarımızın liftlərinin tez-tez xarab olmasına dair rayon rəhbərinə məlumat verdik.O,da aidiyatı dövlət orqanına məlumat verəcəklərini bildirdi.Gözləyirdik Bakı Şəhər İcra Hakimiyyətinin Lift-Təmir İstehsalat Birliyindən gəlib maraqlanacaqlar,amma bu günə qədər səs-soraq yoxdur.İstismar müddəti çoxdan bitmiş liftlərdi.Hər dəfə xarab olanda zəng edirik,gəlib "başına-gözünə döyüb" düzəldirlər.Amma nə faydası,bir neçə saatdan sonra lift yenə xarab olur. Bunun qocası,xəstəsi var,körpə uşaqlı anaları var,onlar 7,8,9,10-cu mərtəbəyə necə qalxmalıdırlar,fikirləşən yoxdur,"-məlumatda qeyd edilir.

Məsələyə münasibət öyrənmək üçün 22.04.2025-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Lift-Təmir İstehsalat Birliyinə zəng etsək də,cavab verilmədi.Qarşı tərəf mövqeyini bildirə bilər.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi