"Elman Rüstəmov haqlıdır, devalvasiya riski hələlik yoxdur" - Rövşən Ağayev

"Elman Rüstəmov haqlıdır, devalvasiya riski hələlik yoxdur" - Rövşən Ağayev 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib ki, son günlər Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı şaiyələr yayılır.

Amma bunun üçün heç bir əsas yoxdur. Baş bankir vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırıb: 2020-ci ildə dünya bazarında neft qiymətləri dəyişkənlik nümayiş etdirsə də, Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub. Ölkənin valyuta ehtiyyatları sabit qalıb, hazırda 50 milyard ABŞ dolları səviyyəsindədir. İl ərzində neftin əhəmiyyətli ucuzlaşması valyuta bazarında təşviş yaratsa da, həyata keçirilmiş tədbirlər nəticəsində manatın məzənnəsinin sabitliyi təmin edilib”.

Tanınmış iqtisadçı Rövşən Ağayev E. Rüstəmovun dediklərini şərh edərkən bildirib ki, baş bankirin haqlı olduğunu düşünür

"Hazırda işgüzar fəallığın səviyyəsinə, valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazıkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümükündür" - deyə iqtisadçı vurğulayıb.

Bununla belə R. Ağayev qeyd edib ki, kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini proqnozlaşdıra bilməz: "Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi