Elmi Cərrahiyyə Mərkəzinin 60 illik yubileyinə həsr olunan konfrans keçirildi -

Elmi Cərrahiyyə Mərkəzinin 60 illik yubileyinə həsr olunan konfrans keçirildi - FOTOLAR

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 60 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Konfransda Səhiyyə Nazirliyinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Milli məclisinin deputatları Musa Quliyev, İlham Məmmədov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Strateji təhlik departamentinin rəhbəri Araz Nəsirov, Mərkəzdə fəaliyyət göstərən və xaricdən dəvət edilən həkim-mütəxəssislər iştirak edib.

Açılış nitqi ilə çıxış edən M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev bildirib ki, hazırda Mərkəz Respublikanın böyük elmi-tədqiqat müəssisələrindən biri hesab edilir və burada ölkədə analoqu olmayan ixtisaslaşdırılmış cərrahi xidmət növləri cəmləşib.

R.Ağayev vurğulayıb ki, uşaq ürək cərrahlığı, xüsusiləşdirilmiş angioloji mərkəzlər, kardiocərrahiyyə, endokrin cərrahlığı, damar cərrahlığı və s. şöbələr ölkədə yeganə ixtisaslaşdırılmış şöbələrdir.

TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxışında bildirib ki, 60 illik müddət ərzində A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi fəaliyyəti ilə həmişə seçilən və öndə olan müəssisələrdən biri olub. Y.Qarayeva Mərkəzin əməkdaşları tərəfindən hazırlanan 300-dən çox elmi işin ölkədə və xaricdə nəşr edilməsindən danışıb.

Çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Azərbaycan səhiyyəsinin özünün yeni inkişaf mərhələsini yaşadığını və son illərdə tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələlərinin dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutduğunu bildirib.Nazim Qasımov ölkə səhiyyəsinin inkişafında Mərkəzin xüsusi yerinin olduğunu vurğulayıb.

Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov ölkə başçısı İlham Əliyev tərəfindən səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan danışıb.Həyata keçirilən islahatların gələcək illərdə səhiyyənin inkişafı üçün əvəzsiz rol oynayacağını qeyd ediblər.

Çıxış edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin peşəkar tibbi və qeyri-tibbi personalı sayəsində hər gün onlarla insanın şəfa tapdığını deyib. N.Zeynalov Mərkəzdə çalışan təcrübəli həkimlər tərəfindən müasir səhiyyə standartlarına uyğun əməliyyatların icra edildiyini bildirib.

Daha sonra müxtəlik ölkələrdən dəvət edilən həkimlərin təbrik çıxışları dinlənilib və Elmi Cərrahiyyə Mərkəzinin fəaliyyəti haqqında qısametrajlı film nümayiş olunub.

Tədbirdə Mərkəzin həkim-mütəxəssisləri tərəfindən "Kəskin pankreatitin diaqnostikası və müalicəsində yeni yanaşmalar", "Canlı donordan qaraciyərin transplantasiyası", "Düyünlü urların cərrahi müalicəsinin müasir aspektləri", "Mədə-bağırsaq sisteminin qeyri-varikoz mənşəli qanaxmalarının müalicəsinin müasir prinsipləri", "Endometrium xərçəngin müalicəsində müasir endoskopiyanın imkanları", "Laparoskopik qaraciyər rezeksiyasında təcrübəmiz" və s. mövzularında mühazirələr təqdim edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi