“Əlvida, UNESCO...” - VİDEO

“Əlvida, UNESCO...” - VİDEO 

Noyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə ünvanlanan məktubunda məlumat verib.

Faktinfo.az xəbər verir ki,bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.

 “Mehriban Əliyeva bu vəzifədən imtina etməsini Vətən Müharibəsi nəticəsində Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra rayonlarda genişmiqyaslı bərpa işlərində iştirak etməsi ilə izah edib və bildirib ki, belə vəziyyətdə UNESCO-nun xoşməramlı səfiri vəzifəsinə lazımi diqqət yetirmək mümkün deyil.

Bununla da Birinci vitse-prezident öz qərarında diplomatik etiketə riayət edərək bir az fərqli kontekstdə olsa da, Qarabağ motivinə eyham vurub. Əslində isə son illər UNESCO ətrafında cərəyan edən proseslərdən də göründüyü kimi, bu qərar təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya diplomatik etirazdır”, - deyə videomaterialda vurğulanır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər