Enerji içkiləri insan orqanizmi üçün təhdiddir-

Enerji içkiləri insan orqanizmi üçün təhdiddir- Qoşqar Təhməzlidən çağırış

Ümumiyyətlə 18 yaşdan aşağı insanların enerji içkilərindən istifadəsi məhdudlaşdırılmalıdır.

Faktinfo.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Agentlik sədri Azərbaycan mədəniyyətində çaydan daha çox istifadə olunduğunu bildirib:

"Enerji içkilərinin mənfi təsiri kofeinin miqdarından və onun həzmə sürətlə daxil olması ilə bağlıdır. Qəhvədə və çayda kofein olsa da, onlar isti içəcəkdir və isti olduğu üçün mədədən ani sorulmur. 80 faizdən yuxarı kofein tərkibli içkilər bir anda soyuq içki kimi bədənə daxil olur və dərhal həzm olunaraq oyanıqlıq hissi yaradır. Bununla da ürəyə qan ötürməsi sürətlənir və "yalançı sürətlənmə" əmələ gəlir. Bu da insan orqanizminin sağlamlığı üçün təhdiddir. Xüsusilə də hamilə qadınlar, uşaqların və idmanla məşğul olanların içməsi daha ziyandır.

İnsan gün ərzində 4 banka enerji içkisi qəbul edirsə, gündəlik kofeinin miqdarını aşmış olur".

Sədr bildirib ki, enerji içkilərinin markalanması zamanı kofein miqdarı və tərkibindəki bitkilər göstərilməlidir:

"Tövsiyə edirik ki, enerji içkilərin reklamı da məhdudlaşdırılsın".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi