Ərdoğan 4 nazirlə Soçiyə yola düşdü

Ərdoğan 4 nazirlə Soçiyə yola düşdü 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə yollanıb.

 Türkiyə prezidentinin təyyarəsi saat 13:35-də Atatürk beynəlxalq hava limanından havaya qalxıb.

Ərdoğanla birlikdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Sönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan Soçiyə yollanıb.

Qeyd edək ki, Soçidə Ərdoğanın Vladimir Putinlə təkbətək görüşü ilə yanaşı, nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş də nəzərdə tutulub./Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi