Ərdoğan: ABŞ öz səhvini anlayacaq, terror təşkilatına güvənməyin nə qədər...

Ərdoğan: ABŞ öz səhvini anlayacaq, terror təşkilatına güvənməyin nə qədər... 

Türkiyə ordusu Suriyanın şimalındakı Afrində PKK, PYD, YPG və İŞİD terrorçularına öldürücü zərbə vurub.

Faktinfo.az   AzPolitika.info - ya istinadən  xəbər verir ki,  Türkiyənin 72 savaş təyyarəsi  əməliyyata qoşulub, terrorçuların sığındığı məntəqələr, depolar  bombalanıb. Terrorçuların olduğu 108 hədəf məhv edilib, silah depoları sıradan çıxarılıb. Çoxlu sayda terrorçu məhv edilib.  Afrində terrorçuların istifadəsində olan təyyarə limanı sıradan çıxarılıb. Bununla da terrorçuların kənardan dəstək almaq imkanı yox edilib.

Bu zərbələrin ardınca “Suriya Azadlıq Ordusu” Arfinin mərkəzinə doğru irəliləməyə başlayıb. Hazırda terrorçularla döyüşlər davam edir…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalındakı Afrinin PKK, PYD terrorçularından təmizlənməsi üçün hərbi əməliyyatın başlandığını elan etməsindən sonra Silahlı Qüvvələrin Baş qərargahı əməliyyatın kod adını açıqlayıb. Bu açıqlamaya əsasən Afrinin PKK-ya bağlı kürd terrorçu qruplarından təmizlənməsini hədəfləyən əməliyyat “Zeytun budağı” adlanır. “Zeytun budağı” əməliyyatı qədimlərdə müharibə vəziyyətində olan tərəflərdən birinin digərinə sülh təklifinin rəmzi kimi istifadə olunub. Lakin Türkiyə ordusu “zeytun budağını” sərhədin o tayına çatdırmazdan əvvəl aviazərbələrə və artilleriya hazırlığına başlayıb.

Türkiyə telekanallarının xəbərlərinə görə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Afrindəki hədəflərə zərbə endirir, eyni vaxtda Türkiyə ordusunun artilleriyası və reaktiv yaylım atəşi sistemləri bölgəni intensiv atəşə tutur. Xəbərlərə görə Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun dəstələri artıq sərhədi keçib və PYD qüvvələri ilə döyüşə girib. Türkiyə xüsusi təyinatlılarının da sərhədi keçərək aviasiya və artilleriya zərbələrini yönləndirdiyi bildirilir.
Gözlənilir ki, Türkiyə ordusunun quru hissələri artilleriya hazırlığının ardınca sərhədi keçəcək.

Ərdoğan isə elan edib ki, Afrinlə kifayətlənməyəcək, YPG-nin nəzarətində olan Menbiç bölgəsini də təmizləyəcək: “Afrində əməliyyat faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək. ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır”.
R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib. O vurğulayıb ki, Suriyada özləri üçün bir oyun quranlar, terror qruplaşmasının adını dəyişdirməklə hiylə işlədiklərini sanırlar: “Bizim gözümüzdə adı nə olursa-olsun, terrorçulardan ibarət istənilən təşkilatın adı terror qrupudur. İstər onun adı Suriya Demokratik Qüvvələri, istər “sərhəd ordusu”, istərsə də daxili təhlükəsizlik qoşunu olsun. Siz kimi aldadırsınız. Bu qruplaşmanın adı PKK, PYD, YPG-dir… Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.

Türkiyə prezidenti onu da vurğulayıb ki, ABŞ öz səhvini anlayacaq: “Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi