Ərdoğan bir neçə naziri dəyişir -

Ərdoğan bir neçə naziri dəyişir - KİV

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan hökumətin tərkibini tamamilə dəyişə bilər.

Bu barədə “TGRT Haber” kanalı məlumat yayıb.

“Seçkidə qalib gələn Prezident Ərdoğan dərhal işə başlayıb. Dünya liderlərinin təbriklərini qəbul edən Ərdoğan 5 il ərzində həyata keçiriləcək “yol xəritəsi”ni də hazırlayıb. Yeni kabinetə kimin daxil olacağı ilə bağlı səs-küylü söz-söhbətlər yayılsa da, bu gün hazırkı nazirlərin iştirakı ilə son kabinet iclası olacağı gözlənilir”, - məlumatda deyilir.

Prezident Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası çərşənbə günü yerli vaxtla saat 15:30 radələrində başlayacaq:

“İclası seçkilərlə əlaqədar ayın sonuna təxirə salınan Nazirlər Kabinetinin gündəliyinin əsas mövzusu iqtisadiyyat olacaq. Ərdoğanın yeni Nazirlər Kabinetini şənbə günü elan edəcəyi gözlənilir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi