Ərdoğan :"Dünya təkcə ABŞ-dan ibarət deyil..."

Ərdoğan :"Dünya təkcə ABŞ-dan ibarət deyil..." 

ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrabın Nyu Yorkda keçirilən məhkəmədə Türkiyənin iki keçmiş naziri – Zəfər Çağlayan və Egemen Bağışın üzərindən İrana tətbiq edilmiş sanksiyanı pozmaları haqda ifadəsinə prezident Ərdoğan bu gün reaksiya verib.

Faktinfo.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan deputatlarla görüşdə Türkiyənin sanksiyaları heç vaxt pozmadığını deyib və əlavə edib ki, İranla həmişə ticarət və enerji əlaqələri olub: "Zərrab ifadəsini hələ tam açıqlasın, sonra məsələyə dönərik. Ancaq hamı bilsin ki, dünya təkcə ABŞ-dan ibarət deyil!".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi