Ərdoğan: “Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb”

Ərdoğan: “Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni qaz ehtiyatının aşkarlandığını açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizim gəmimiz ilk qaz yatağının tapılmasından sonra işini davam etdirdi. Yeni tədqiqatlar zamanı daha 85 milyard kub metr qaz ehtiyatı tapılıb”, - deyə R.Ərdoğan bildirib.

O, əlavə edib ki, yatağın ümumi həcmi 405 milyard kub metr təşkil edir.

Türkiyə 2023-cü ildən yatağın istismarına başlamağı planlaşdırır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər