ƏRDOĞANDAN KRİTİK AÇIQLAMALAR - "Türkiyə üçün yeni tarixi səhifə açılıb"

ƏRDOĞANDAN KRİTİK AÇIQLAMALAR - "Türkiyə üçün yeni tarixi səhifə açılıb" + VİDEO

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.

“Dünən PKK aldığı qərarı icra edərək silahı yerə qoydu. Bu, illərdir mübarizə apardığımız bir problemin həllində əhəmiyyətli dönüş nöqtəsidir. Biz bu yolun başından bəri “Terrorsuz Türkiyə” idealı ilə yola çıxdıq və bu yolda canımızı ortaya qoyduq. Türkiyənin xeyrinə olmayan heç bir addımda iştirak etmədik, əksinə, ölkəmizin rifahı naminə hər çətinliyə sinə gərdik”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, 15 iyulda baş verən  dövlət çevriliçi cəhdindən sonra Türkiyə terrorla mübarizədə yeni bir mexanizm yaratdı: “Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə “Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik. Dünən PKK terror təşkilatı aldığı qərarı həyata keçirərək silahlarını təhvil verdi”.

R.T.Ərdoğan vurğulayıb ki, bu gündən etibarən yeni tarixi səhifə açılıb və Türkiyə üçün yüz ilinin qapıları aralanıb.

Prezident bildirib ki, Türkiyə terroru sonlandırmaq üçün hər bir şey edib: “Hər kəs əmin olsun ki, Türkiyənin qüruruna heç kim toxuna bilməz. Cənab Dövlət Baxçalı və onun heyətinin vətənpərvərliyini sorğulamaq heç kimin həddinə deyil və ola da bilməz.  Dövlət Baxçalı ilə birlikdə terrorsuz Türkiyə üçün canımızı ortaya qoymuşuq. Addımlarımız ancaq Türkiyənin xeyrinə hesablanıb. Türkiyəyə qarşı yönələn şeylərin qarşısında isə həmişə bizi görəcəksiniz. Nə ediriksə, millətimiz, istiqlalımız üçündür”.

Prezident əlavə edib ki, ölkədə sülh və birlik üçün görülən bütün işlərdə bundan sonra da ən öndə olacaqlar: Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim narahat olmasın – atdığımız hər addım, verdiyimiz hər qərar Türkiyə və millətimiz üçündür. Terrorun kökü kəsiləcək, buna hər kəs şahid olacaq. Bu prosesin sonunda qazanan yalnız dövlət deyil – hər bir vətəndaşımız, hər bir ailə, bütün cəmiyyətimizdir”.

Ərdoğan çıxışında terrorun əsl məqsədinin türk və kürd xalqları arasında ayrılıq toxumu səpmək olduğunu da qeyd edib: “Bu torpaqlarda min illərdir birlikdə yaşayan türk və kürd qardaşlığına qarşı ən böyük hücum, məhz terrorla edildi. Amma bu gün artıq türk ilə kürd qucaqlaşır. Biz silahların deyil, sözlərin danışdığı bir mərhələyə keçirik. Bütün problemləri oturub birlikdə, sülh yolu ilə müzakirə edəcəyik”.

“Terrorun bitməsi ilə Türkiyə daha güclü, daha özgüvənli olacaq. Ölkəmiz qardaşlıqla böyüyəcək, demokratiya ilə güclənəcək. Görəcəksiniz çox fərqli Türkiyəyə yaxın vaxtda qovuşacağıq. İtkilərimiz şüphəsiz ki, geri gəlməyəcək, amma gənclərimiz ən gözəl çağlarında bundan sonra aramızdan ayrılmayacaq, analar göz yaşı tökməyəcək. Biz tərksilah prosesini qurulan mexanizm əsasında yaxından izləyirik”, - Türkiyə lideri əlavə edib.


Qeyd edək ki, “Terrorsuz Türkiyə” siyasi təşəbbüsü çərçivəsində ötən gün, 47 ildən sonra PKK-nın bir qrup üzvü İraqın Süleymaniyyə bölgəsində silahlarını könüllü şəkildə təhvil verib. Bu prosesin simvolik mənası kimi, silahlar böyük bir metal qazanda yandırılıb. Bu, regionda sülh üçün atılan ilk real addımlardan biri kimi qiymətləndirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi