Ərdoğandan müjdə:

Ərdoğandan müjdə: Türkiyə böyük qaz yatağı kəşf etdi

“Fateh” qazma gəmisi Sakarya qaz zonasında “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində təbii qaz kəşf edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beləliklə, ehtiyatımız 540 milyard kubmetrə çatdı. Qara dəniz qazının 2023-cü ildə istifadəsi ilə bağlı dostlarımız canla-başla çalışır”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, ötən gün “Blumberq” agentliyi bu tapıntı ilə bağlı məlumat yaymışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi