
Əri ilə mebel dükanına gedən gəlini müdir yoldan çıxarır… – Qan donduran cinayətin sirləri açıldı - VİDEO
2002-ci il avqustun 30-da Gəncə şəhərinin Dədə Qorqud küçəsindəki binaların birində yerləşən mənzildən kişi meyidi aşkarlanır. Gəncə prokurorluğunun böyük müstəntiqi İbrahim Həsənov hadisə yerinə gəlir.
Yataqda çılpaq vəziyyətdə üzü üstə uzadılmış mərhumun döşündə bir bıçaq zərbəsi var idi. Zərbənin yuxarıdan aşağı vurulmasından bəlli idi ki, onu elə bu vəziyyətdə, uzandığı yerdə vurublar. Müqavimət göstərmədiyindən hiss edilirdi ki, o, yatmış, yaxud da öldürüləcəyindən xəbərsiz vəziyyətdə olarkən vurulub. Mərhum öldürülmədən əvvəl az miqdarda spirtli içki qəbul etmişdi. Öldürülənin şəxsiyyəti tezliklə bəlli olur. O, Gəncədə mebel mağazasının rəhbəri İlham Məmmədov idi. Mənzilin qonaq otağında yarımçıq şampan, yarımçıq araq, meyvə şirəsi və doğranmış meyvə var idi. İlham Məmmədovun işi nəzərə alındıqda – ki, o, mebel alqı satqısı ilə məşğul idi, yəni pullu adam idi, öldürülmə səbəbi kimi onun maddi vəziyyəti sayıla bilərdi. Lakn maraqlısı bu idi ki, öldürülən şəxsin cibindəki pula dəyilməmişdi, yalnız telefonu götürülmüşdü, hansı ki, həmin telefonun da qırıqları qanlı bıçaqla yanaşı binanın yaxınlığındakı zibil qabından tapılmışdı.
Davamı TV11-in videomaterialında…












Bu xəbər üçün şərh yazın