Ərindən 24 yaş böyük birinci ledi haqda - 10 fakt

Ərindən 24 yaş böyük birinci ledi haqda - 10 fakt 

Fransada prezident seçkiləri başa çatıb.

39 yaşlı Emmanuel Makron seçkilərdə qalib gələrək prezident seçildi. Emmanuel Makronun prezident seçilməsi onun həyat yoldaşı Bricit Makronu ölkənin birinci xanımı statusuna qaldırdı.

Fransa mətbuatında uzun müddətdir ki, bu cütlüyün həyatı müzakirə edilir. Emmanuel 15 yaşı olanda özündən 24 yaş böyük müəlliməsinə aşiq olur. Bu eşq sonradan cütlüyün nikaha girməsi ilə nəticələnir. Kimdir Bricit? Fransanın birinci xanımını bir az yaxından tanıyaq.

1.Bricit 13 aprel 1953-cü ildə Amyen şəhərində anadan olub. Onun ailəsi Fransanın məşhur şokolad və peçenye istehsalçısıdır. Jan Tronyenin qızıdır. Ailənin qənnadı fabriki 1872-ci ildə qurulub və peçenyeləri ilə məşhurdur. Bu biznes bu gün də ailəyə ildə 4 milyon avro qazandırır. Bricit çoxuşaqlı ailənin altıncı, yəni ən kiçik övladıdır.

2.Bricit atasının işini davam etdirmək istəməyib. O, fransız və latın dilləri müəlliməsi işləyib.

3.Bricit 1974-cü ilin 22 iyun tarixində bankir Andre Lui Ozyer ilə ailə qurub. Bu zaman onun cəmi 21 yaşı olub. Nikahdan 3 uşaq dünyaya gəlib: oğlu Sebastyan, qızları Lorens və Tiffani.

4.1993-cü ildə 39 yaşlı Bricit müəllimə işləyirdi və teatr dərnəyinə rəhbərlik edirdi. Bu dərnəkdə 15 yaşlı şagird Emmanuel ona aşiq olur. Təhsil ilinin sonunda Emmanuel sevgisini etiraf edir.

5.Fransalı yazıçı Anna Feldin "İdeal gənc kişi" kitabına əsasən Emmanuelin atası Jan-Mişel Bricitə yeniyetmə oğlu ilə əlaqə qurmağı qadağan edir. Emmanuelin 17 yaşı olanda valideynləri onu Parisə, elitar gimnaziyaya göndərirlər. Makron Bricitdən 2 saatlıq məsafədə yaşamağa başlayır. Amma bu onların sevgisinə mane olmur. Emmanuel və Bricit məktublaşırlar. 2007-ci ildə Bricit boşanır və Parisə, Makronun yanına köçür. Burada cütlük ailə qurur. Toy mərasimində Bricitin qızları-Lorans və Tiffani də iştirak edir. Lorans və Emmanuel çoxdan tanış idilər və bir sinifdə oxumuşdular.

6.Hazırda Bricit xoşbəxt nənədir. Onun 7 nəvəsi var. Bricitin 30 yaşlı qızı Tiffani Makronun qərargahında hüquqşünas kimi işləyib.

7.Bricit özünü ərinin siyasi karyerasına həsr edib. Dəfələrlə siyasi çıxışları üçün mətnlər yazıb. Amma qadın siyasətə qoşulmaq fikrində deyil. O, sadəcə ərinin yanında olmaq istəyir.

8.Emmanueli "fransız qadınlarının arzusu" adlandırırlar. O, siyasət üçün gəncdir və yaraşıqlıdır. Amma seçiciləri təkcə onun xarici görünüşü yox, həm də siyasi proqramı cəlb edir. Makron vergiləri azalddacaq, işsizliklə mübarizə aparacaq, təhsilə sərmayə qoyacaq və təhlükəsizliyi möhkəmləndirəcək.

9.Emmanuel və Bricitin övladı yoxur. Emmanuel etiraf edib ki, arvadı ilə birlikdə uşaq sahibi olmamaq qərarına gəliblər.

10. Madam Tronye (Bricit Makron) dəbə uyğun geyinir və brend əşyalar həvəskarıdır. "Dior" və "Louis Vuitton" dəb evinin pərəstişkarıdır. Bu anlaşılandır. Çünki Bricit imkanlı ailədə böyüyüb. Əri isə uğurlu bankir və siyasətçidir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi