Ermənilər Qazaxda dinc sakini yaraladılar

Ermənilər Qazaxda dinc sakini yaraladılar 

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə  görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi