Ermənilərə dost ölkə Fransadan Azərbaycana qarşı daha bir XƏYANƏTKAR ADDIM -Dərhal susdurulsun!..

Ermənilərə dost ölkə Fransadan Azərbaycana qarşı daha bir XƏYANƏTKAR ADDIM -Dərhal susdurulsun!.. 

15 oktyabrda Fransanın Limone şəhər bələdiyyə məclisi yekdilliklə Azərbaycan Respublıikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanımağa səs verib.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, Limone Alfortvildən sonra Fransanın qondarma rejimin “müstəqilliyi”ni tanıyan Overn-Reyn-Alp bölgəsindəki ikinci şəhəridir.

P.S. Sözsüz ki, ermənipərəst olmasına baxmayaraq nə bütövlükdə Fransa, nə də digər ölkələr Azərbaycan torpağında artıq kökü qazılmaqda olan bu çibanın “müstəqilliyi”ni tanıyan deyil. Çünki bu, onların özlərinin, xüsusən elə Fransanın da, Rusiyanın da, ABŞ-ın da, İspaniyanın da və s. mənfi presedent yarada bilər... Amma azadlıq savaşı aparan ölkəmizə qarşı indiki məqamda bu xırda hücumlar ermənipərəst super güclərin dövlətimizə təzyiq metodlarından biridir(yəni “bax, Dağlıq Qarabağı tanıyarıq, ha...”) buna rəğmən hərbi savaşda olduğu kimi, təbliğat, informasiya savaşında da dərhal düşmənin atəş nöqtələrini susdurmaq lazımdır... Və sözsüz ki, Azərbaycan XİN və digər qurumlarımız bu istiqamətdə işlər görürlər...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi