Ermənistanda ölülərin vergi öhtəliyinin yerinə yetirilməsi tələb edilir

Ermənistanda ölülərin vergi öhtəliyinin yerinə yetirilməsi tələb edilir 

Ermənistanın Eçmiadzin şəhərinin meri kredit borcu ilə bağlı öhdəliyi yerinə yetirməyən ölülərin basdırılmasına icazə vermir.

Faktinfo.az Report.az -a istinadla  xəbər verir ki, bunu ölü sahiblərindən Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğlu, Eçmiadzin şəhərinin meri Karen Qriqoryan tələb edir.

“Eçmiadzin şəhərinin meri Karen Qriqoryan ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsini istəyib. Şəhərdə ölünü dəfn etməyə görə qohumu qəbiristanlıqdan torpaq verilməsi üçün merə müraciət edir. Onlardan ölünün vergi öhdəliyini yerinə yetirməsi tələb olunur. Adam ölüdürsə o vergini necə ödəyə bilər?!

Bütün borcları ödəyəndən sonra ölmək və basdırılmaq olar. Şəhərdəki ölüxana, morq Karen Qriqoryana məxsusdur. O, ölü dəfni ilə məşğul olur. Şəhərdə dəfn bürolarındakı tabutun satışından tutumuş mərasim zalının icarəyə verilməsinədək bütün xidmətə mer və deputat nəzarət edir”.

Qeyd edək ki, Dünya Ermənilərinin Dini Mərkəzi Eçmiadzində yerləşir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi